Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mahir Süleymanov:

"Vətən"in eşqini

Düz 20 il əvvəl Bakı Futbol Federsiyasının təşkilatçılığı ilə keçirilməyə başlayan "Sabahın Ulduzları" paytaxt çempionatını futbol həvəskarları yaxşı xatırlayırlar. 2006-cı ildə start götürən ilk çempionatda çoxlu istedadlı uşaqlarımızın olduğu bir daha öz təsdiqini tapdı. Belə bacarıqlı, ümidverən uşaqlardan biri də "Vətən" Futbol Məktəbi komandasının oyunçusu, məşqçi Ramiz Əliyevin yetirməsi olan Eşqin Tağıyev idi. Sevindirici haldır ki, Eşqini indi Azərbaycanın minifutbol üzrə milli komandasının heyətində görür, onun gözəl oyununa baxıb fərəhlənirik. Bu fotolar da sübut edir ki, Eşqin ilk mükafatlarını 10-11 yaşlarında məhz "Sabahın Ulduzları" yarışlarında qazanmışdır.
İndi Eşqin öz sözünü Avropanın futbol ölkələrinə qarşı oyunlarda deyir, qollar vurur, milli komandamızın uğurlarında pay sahibi olur. 
Milli komandamıza və Eşqinə qarşıdakı oyunlarda da uğurlar arzulayırıq!

Best coffeeshop in Berlin