Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda "Nine Senses Fest 2026" Festivalının bağlanışı keçirildi 

Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisi Leyla Əliyevanın himayəsi ilə keçirilən III Beynəlxalq Mənəvi və Bədən Praktikaları Festivalı – Nine Senses Fest 2026 uğurla başa çatıb. 

AZpress.AZ xəbər verir ki, bu il festivalda 1200-dən çox iştirakçı, Azərbaycan, Hindistan, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən gəlmiş 80-dən çox ekspert və ustad bir araya gəlib.

Festivalın əsas mövzusu “Köklərdən İnkişafa” şüarı olub. Festivalın simvolu isə insanın öz kökləri ilə bağını, daxili dayaq nöqtəsini, inkişafını və yeni zirvələrə doğru hərəkətini ifadə edən Ağac seçilib.

Üç gün ərzində festival proqramı insanın hərtərəfli inkişafına xidmət edən müxtəlif ənənələri və istiqamətləri əhatə edib: meditativ təcrübələr, müxtəlif yoqa növləri, sufi ənənələri, çiqonq, çay mərasimləri, psixologiya, musiqi, incəsənət və mədəniyyətlərarası dialoq.

Festivalın rəmzlərindən biri də Nine Senses məkanında quraşdırılmış Arzu Ağacı olub. Üç gün ərzində müxtəlif ölkələrdən olan iştirakçılar ağacın budaqlarına öz arzularını, niyyətlərini və diləklərini yazaraq bağlayıblar. Arzu Ağacı festivalın əsas ideyasını – insanın köklərinə bağlı qalaraq daxili inkişaf yolunda irəliləməsini simvolizə edib.

Festivalın ən çox gözlənilən qonaqları sırasında neyroqrafika metodunun müəllifi Pavel Piskaryov, “Neyroağac. Köklərdən İnkişafa” proqramı və Sufizm Günü çərçivəsində təqdim etdiyi iri miqyaslı art-performansla çıxış edib.

Mənəvi inkişaf ustası İmram Kriya öz mühazirələri, master-klassları və musiqili görüşləri ilə böyük auditoriyanı bir araya gətirib.

Sağlamlıq və uzunömürlülük üzrə ekspert Lev İvanov, həmçinin insan potensialının tədqiqatçısı Vadim Popov həyat enerjisi, daxili inkişaf və sağlamlıq mövzularında çıxışları ilə iştirakçıların böyük marağına səbəb olublar.

Festival proqramında xüsusi yer tutan digər ekspert isə səs terapiyası ustası Aleksey Mayorov olub. Onun Səs terapiyası (Sound Healing) sessiyaları festivalın ən çox ziyarət edilən proqramlarından biri kimi yadda qalıb. Vibrasiya və səs üzərində qurulan bu təcrübələr iştirakçılara dərin rahatlama və daxili harmoniya hissi yaşadıb.

Festivalın ən mühüm hadisələrindən biri Şərqin mənəvi irsinə həsr olunmuş Sufizm Günü olub. Gün ərzində iştirakçılar sufi fəlsəfəsi və mədəniyyəti ilə musiqi, poeziya, meditasiya və müxtəlif mənəvi təcrübələr vasitəsilə tanış olublar.

Proqramın diqqətçəkən simaları arasında “Sufi Qəlbi” proqramını təqdim edən mənəvi müəllim Darpan, genişmiqyaslı art-performansın müəllifi Pavel Piskaryov və özünəməxsus çıxışı ilə festival iştirakçılarını valeh edən türkiyəli musiqiçi Özgür Baba yer alıblar.

Hindistanlı ustad Bharat Thakurun dərsləri, azərbaycanlı yoqa müəllimi Qafar Qənizadənin proqramları, transformasiya oyunu “Lila”, həmçinin musiqiçi Renatanın çıxışları festivalın yaradıcı və mənəvi atmosferinin formalaşmasına mühüm töhfə verib.

Festivalın açılış mərasimində çıxış edən Nine Senses Art Center-in akademik direktoru Natalya Jukova bildirib:

“Nine Senses qədim biliklərlə müasir təcrübələrin qovuşduğu, insanın dayanıb özünü dinləyə bildiyi və daha şüurlu, harmonik həyata doğru addım atdığı bir məkandır. Müxtəlif ölkələrdən, mədəniyyətlərdən və ənənələrdən olan insanların Bakıda inkişaf, sağlamlıq və daxili yüksəliş ideyaları ətrafında bir araya gəlməsindən böyük məmnunluq duyuruq.”

Natalya Jukovanın sözlərinə görə, festival bir daha göstərdi ki, mənəvi təcrübələrə, sağlam həyat tərzinə və daxili harmoniyaya maraq bu gün insanları yaşından, peşəsindən və mənsub olduğu mədəniyyətdən asılı olmayaraq birləşdirir.

Festivalın parlaq finalı Marat Niqmatulinin “SBUDETSYA!” proqramı və Çingiz Mustafayevin “STATE of SOUND” layihəsi ilə baş tutub. Festivalın ən emosional anlarından biri isə Özgür Baba və Çingiz Mustafayevin eyni səhnədə çıxış etməsi olub. İki fərqli mədəniyyətin səsini birləşdirən bu musiqili dialoq Nine Senses Fest 2026-nın yaddaqalan yekun akkorduna çevrilib.

Təşkilatçılar festivalın həyata keçirilməsinə göstərdikləri dəstəyə görə tərəfdaşlara, sponsorlara, ekspertlərə, könüllülərə və bütün iştirakçılara təşəkkürlərini bildirirlər.

Festivalın baş tərəfdaşları Sea Breeze Resort və The Club Port Baku olub.

Festivalın həmtəşkilatçısı ANSA akademiyası olub.

Festivalın sponsorları sırasında Azersun Holding, Bakı Tikiş Evi (BTE) və Azərbaycan Tekstil Assosiasiyası (ATA) yer alıb.

Tədbirin informasiya tərəfdaşları Media.az və “Baku” jurnalı, həmçinin yerli və beynəlxalq media nümayəndələri olublar.

Nine Senses Fest 2026 bir daha regionun ən böyük beynəlxalq mənəvi və bədən təcrübələri festivallarından biri statusunu təsdiqləyərək, müxtəlif mədəniyyətləri, dünyagörüşlərini və ənənələri sağlamlıq, yaradıcılıq, daxili harmoniya və şüurlu həyat ideyaları ətrafında bir araya gətirib.

* * *

* * *

RU:

В Баку завершился III Международный фестиваль духовных и телесных практик Nine Senses Fest 2026

В Баку завершился III Международный фестиваль духовных и телесных практик Nine Senses Fest 2026, проходивший с 12 по 14 июня под патронажем Лейлы Алиевой — вице-президента Фонда Гейдара Алиева, президента Федерации йоги Азербайджана и основателя Nine Senses Art Center.

В этом году фестиваль собрал более 1200 участников, свыше 80 экспертов и мастеров из Азербайджана, Индии, Китая, России, Турции и других стран мира.

Темой фестиваля стал слоган «От корней к росту», а главным символом — дерево, олицетворяющее связь человека со своими истоками, внутреннюю опору, развитие и движение к новым вершинам.

На протяжении трех дней программа фестиваля охватывала традиции и направления, способствующие всестороннему развитию человека: медитативные практики, различные направления йоги, суфийские практики, цигун, чайные церемонии, психологию, музыку, искусство и межкультурный диалог.

Одним из символов фестиваля стало Дерево Желаний, установленное в центральном пространстве Nine Senses Fest 2026. В течение трех дней участники из разных стран оставляли на его ветвях свои мечты, намерения и пожелания. Дерево стало живым воплощением главной идеи фестиваля — роста через осознанность, благодарность и связь со своими корнями.

Одними из самых ожидаемых гостей фестиваля стали автор метода нейрографики Павел Пискарев, представивший программу «Нейродрево. От корней к росту» и масштабный арт-перформанс в рамках Дня суфизма; мастер духовных практик Имрам Крийя, собравший полные залы на своих лекциях, мастер-классах и музыкальных встречах; эксперт по здоровью и долголетию Лев Иванов, а также исследователь человеческого потенциала Вадим Попов, чьи программы были посвящены внутреннему развитию, жизненной энергии и здоровью человека.

Особое место в программе фестиваля занял мастер звуковых практик Алексей Майоров, чьи сеансы звуковой терапии (Sound Healing) стали одними из самых посещаемых мероприятий фестиваля. Его работа с вибрациями и звуком помогала участникам достичь глубокого расслабления, восстановления внутреннего баланса и гармонии.

Одним из центральных событий фестиваля стал День суфизма, посвященный духовным традициям Востока. В течение всего дня гости знакомились с философией и культурой суфизма через музыку, поэзию, медитацию и духовные практики.

Особое место в программе заняли духовный наставник Дарпан, представивший практику «Суфийское сердце», автор масштабного арт-перформанса Павел Пискарев, а также турецкий музыкант Özgür Baba, создавший неповторимую атмосферу глубокого погружения в традиции Востока.

Большой интерес вызвали занятия индийского мастера Бхарата Такура, программы азербайджанского преподавателя йоги Гафара Ганизаде, трансформационная игра «Лила», музыкальные практики и выступления музыканта Ренаты, ставшие важной частью творческой программы фестиваля.

Выступая на открытии фестиваля, академический директор Nine Senses Art Center Наталья Жукова отметила:

«Nine Senses — это пространство, где древние знания встречаются с современными практиками, где каждый человек может остановиться, услышать себя и сделать шаг к более осознанной и гармоничной жизни. Мы рады видеть в Баку представителей разных стран, культур и традиций, объединённых стремлением к развитию, здоровью и внутреннему росту».

По словам Натальи Жуковой, фестиваль в очередной раз подтвердил, что интерес к духовным практикам, здоровому образу жизни и поиску внутренней гармонии сегодня объединяет людей независимо от их возраста, профессии и культурного происхождения.

Ярким завершением фестиваля стали концерты Марата Нигматулина с программой «СБУДЕТСЯ!» и Чингиза Мустафаева с проектом STATE of SOUND. Символичным финалом фестиваля стало совместное выступление Özgür Baba и Чингиза Мустафаева, объединившее на одной сцене голоса двух культур и ставшее одним из самых эмоциональных моментов Nine Senses Fest 2026.

Организаторы выражают искреннюю благодарность партнерам, спонсорам, экспертам, волонтерам и участникам за вклад в создание уникального пространства для общения, развития и вдохновения.

Генеральными партнерами фестиваля выступили Sea Breeze Resort и The Club Port Baku.

Соорганизатором фестиваля выступила академия ANSA.

Спонсорами фестиваля стали Azersun Holding, Bakı Tikiş Evi (BTE) и Azerbaijan Textile Association (ATA).

Информационную поддержку мероприятию оказали Media.az и журнал «Баку», а также десятки представителей национальных и международных средств массовой информации.

Nine Senses Fest 2026 в очередной раз подтвердил статус одного из крупнейших международных фестивалей духовных и телесных практик региона, объединяющего людей разных культур, мировоззрений и традиций вокруг идей здоровья, творчества, внутренней гармонии и осознанного развития.

Best coffeeshop in Berlin