Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Ata və babalarımızın" sərgisi uğurla baş tutdu +FOTO=57

14.06.2026-cı il tarixində  Xətai Sənət Mərkəzində "Ata və Babalarımızın Sərgisi" ugurla baş tutdu.

Tədbiri təşkil edən Cəbrayılova Lalə Etibar qızı tədbirdə öz məqsədini bizlə bölüşdü. Təskilatçı Cəbrayılova Lalə bir çox sərgilər etsədə bu son aylarda ailəsində böyük itki ilə üzləşdiyi üçün bir müddət ara verməyi qərara alıb. Hər kəs kimi atası onun üçün çox dəyərli, hətta ən yaxın dostu olduğunu bildirdi. Ata itkisi ilə üzləşən təşkilatcı çox çətin günlər yaşayaraq ayaqda qalmağa çalışdıǧını bildirdi.

Hər zaman atası onu güclü görmək istədiyini və heç vaxt geri getməyini istəmədiyini bilirdi. Buna görə Yeni qərar alaraq "Göz önümdəki Qəhrəmanım" adlı rəsm sərgisini təşkil edir.

Atasının xatirəsinə sərgi edəcəyini qərara alır.

Həm atası Etibar Quliyevin ruhu şad olar, həm də istedadlı rəssamlar ən dəyərli varlıqları olan ata babalarını sağ ikən dəyərləndirmələrini Istəyib.

Tədbirdə 30-a yaxın iştrakçılar kətan əl işlərini sərgiləyib. Səmimi, qürurlu və bir o qədərdə kədərli anlar yaşadılar. İştrakçılar valideynlər hər kəs sərgidən razı getdi.

Bu dəfə yer tutma olmayıb.Çünki təşkilatcı hər kəsi diplomla təltif edib.

Ən maraqlısı da odur ki, hər bir iştrakcı 1-ci olub.Çünki hər bir övlad atası üçün birincidir. Bu söz iki məna daşıyır.

Diplom hər kəsin marağına səbəb olub.

Tədbirdə NİCAT MUXTARLI ÖZ MƏHARƏTINI GÖSTƏRƏRƏK hər kəsin diqqətini öz üzərinə çəkdi. Təşkilatçı Cəbrayılova Lalənin  atası ETIBAR QULİYEVİN xatirəsinə portetini zərlə insanların qarşısında böyük jest edərək sərgiləyib. Bu, böyük maraǧa səbəb olub.

Tədbirdə öz mənəvi dəstəyini əsirgəməyən XƏTAİ SƏNƏT MƏRKƏZİ, ELMLAND TƏDRIS MƏRKƏZİ, BAYRAQDAR TƏDRIS MƏRKƏZİ, MÜASİR TƏDRIS MƏRKƏZİ, ÖN PLANDA YER ALDILAR və tədbirdə xoş sözlərini təqdim etdilər.

Bu tədbir hər kəsdə həm qürur, həm də qarışıq hisslər buraxdı..

Sonda Cəbrayılova Lalə vurğuladı ki, varlığında dəyər verək sevdiklərimizə. Hər zaman sevdiklərimizin bizi görmək istədiyi uğura nail olmaq üçün addımlayaq. Sonda AZpress.AZ-a öz minnətdarlığımızı bildiririk.

Best coffeeshop in Berlin