Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının rəhbəri Bakıda investisiya imkanlarını müzakirə edib

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Baş İcraçı Direktoru Ben Blek ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığımızı daha da gücləndirəcək investisiya imkanlarını müzakirə etmək üçün Bakıya səfər edib.

Səfər zamanı Ben Blek xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də özəl sektor nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran əsas sahələrdə investisiya və tərəfdaşlıq imkanlarını müzakirə edib.

Ben Blek-in səfəri iyunun 2-də keçirilmiş ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqunun davamı olmaqla yanaşı, fevral ayında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımı əks etdirir.

* * *

* * *

ENG:

Chief Executive Officer of the U.S. International Development Finance Corporation (DFC) Ben Black visited Baku to discuss investment opportunities to further strengthen U.S.-Azerbaijan cooperation under our Strategic Partnership Charter. During his visit, CEO Black met Foreign Minister Bayramov Jeyhun, Economy Minister Mikayil Jabbarov, Digital Development and Transport Minister Rashad Nabiyev, and private sector representatives to explore opportunities for investment and partnership in key sectors of mutual interest. CEO Black’s visit comes on the heels of the first-ever U.S.-Azerbaijan Economic Dialogue on June 2 as we continue to implement the Charter of Strategic Partnership signed in February.

Best coffeeshop in Berlin