"Neftçi" qadın basketbol klubumuz DQS-nın 1/4 finalında
Dünən Fransanın Orlean şəhərində 3x3 basketbolu üzrə qadınlar arasında Dünya Qadın Seriyasının növbəti mərhələsinə start verilib. İki gün davam edəcək turnirdə ölkəmizi "Neftçi" qadın klubu təmsil edir. ABF-dən verilən məlumata görə, qrup mərhələsində keçirdiyi ilk oyunda Yaponiyanın "Mitsubişi Elektirik" klubuna (11:16) uduzan "Neftçi" sonra ikinci oyunda Uqanda (18:14) millisini udaraq, qrup ikincisi olub. Bu isə "Neftçi"yə 1/4 finala yüksəlmək imkanı verib.
İNTİQAM Məmmədov


