"Neftçi SOKAR" klubu DQS-nın Orlean mərhələsinin qalibidir
3x3 basketbolu üzrə keçirilən və Azərbaycan təmsilçisi "Neftçi SOKAR" klubunun da qatıldığı Dünya Qadın Seriyasının Orleanda (Fransa) təşkil edilən növbəti mərhələsi basa çatıb. Qeyd edək ki, mərhələnin qalibi adını "Neftçi SOKAR" klubu qazanıb. Qrup mərhələsini uğurla bitirəndən sonra 1/4 finalda İspaniya millisini 20:14 və ardından yarımfinalda "Amsterdam" (Hollandiya) klubunu 17:13 hesabla məğlub edən təmsilçimiz son həlledici final matçında isə ev sahibi olan Fransa millisindən güclü olub - 21:20.
Bununla da Azərbaycan təmsilçisi olan "Neftçi SOKAR" klubu DQS-nın Orlean mərhələsinin qalibi olub.
İNTİQAM Məmmədov


