Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ronaldo əliboş qalıb, Harri Keynsə mundiala dublla başlayıb

Sayca 23-cü olan və eyni vaxtda ABŞ, Meksika və Kanadanın yaşıl meydanlarında keçirilən futbol üzrə dünya çempionatı qrup oyunları ilə davam edir. 

Dünən mundialda daha 4 oyun keçirilib.

 Maraqlı oyunlardan biri Xyuston şəhərindəki "NRG Sradium" arenada iddialı komandalardan hesab edilən Portuqaliya millisi ilə 52 illik fasilədən sonra yenidən mundialda görünən Konqo DR yığması arasında olub. Görüş heç də gözlənildiyi nəticə ilə bitməyib. Avropanın Braziliyası adlanan Portuqaliya millisi istəyinə çata bilməyib. 90 dəqiqəlik mübarizə sülh şəraitində bitib - 1:1 (1:1). Matçın 6-cı dəqiqəsində Pedru Netunun ötürməsindən sonra Joau Neveş hesabı açsa da (1:0) portogezlər bundan artdığını edə bilməyiblər. Əvəzində ilk yarının artırma dəqiqəsində (45+5) konqolullar pozulmuş statusu bərpa ediblər - 1:1. Qolun müəllifi isə Joan Vissa olub. Bununla da 1974-cü ildən sonra ilk dəfə mundiala qatılan Konqo millisi dünya çempionatları tarixində ilk qolunu vurub və ilk xalını qazanıb. Vissa da Konqo millisinin mundiallarda ilk qolunu vuran futbolçu kimi tarixə düşüb. 

Bu oyun portogezli forvard Kristiano üçün də əlamətdar olub. Meydandan əliboş (qol vurmadan) çıxan 41 yaşlı forvard həm öz karyerasında 6-cı dəfə mundiallara qatılıb, həm də ən yaşıl mundial iştirakçısı kimi tarixə düşüb.

Günün 'L" qrupunda baş tutan İngiltərə -Xorvatiya matçı da maraqlı olub. ABŞ-ın Arlinqton şəhərindəki "ATT Sradium " arenada baş tutan görüşdə ingiltərəlilər qalib gəliblər - 4:2 (2:2). Ronaldodan fərqli olaraq, İngiltərə millisinin lideri olan Harri Keyn mundiala dublla başlayib. Beləki, 12-ci dəqiqədə penalti ilə hesabı açan Keyn 42-ci dəqiqədə dublunu reallaşdırıb. 

Günün digər oyunlarına gəlincə, "K" qrupunda Kolumbiya millisi Öznəkistanı 3:1, "L" qrupunda isə Qana yığması Panamanı minimal hesabla udub - 1:0.

İyunun 18-də "A" qrupunda Çexiya - CAR, "B" qrupunda isə İsveçrə - Bosniya-Hersoqovina matçı keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin