Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

PARK BULVARDA KİNO İZLƏMƏYİN QAYDALARI DƏYİŞİLDİ!

Park Cinema Park Bulvar filialında yerləşən əfsanəvi VIP zalını tamamilə yeniləyərək tamaşaçıların ixtiyarına verib. Artıq kinosevərləri daha yüksək komfort, eksklüziv xidmət və unudulmaz atmosfer təqdim edən yeni “Visa Premium Hall” gözləyir.

AZpress.AZ xəbər verir ki, premium zal xüsusi rahatlıq üçün hazırlanmış dəri kreslolar, müasir dizayn və fərqli xidmət konsepsiyası ilə seçilir. Qonaqlar alış-veriş mərkəzində fəaliyyət göstərən restoranlardan birbaşa zala yemək sifariş edərək filmdən ayrılmadan sevdikləri təamların dadını çıxara bilərlər. Ən yeni film premyeraları yüksək komfort ilə Park Cinemada, “Visa Premium Hall”da tamaşaçıları gözləyir.

Ünvan: Neftçilər 42, Park Bulvar 4-cü mərtəbə

Biletlər: parkcinema.az

Best coffeeshop in Berlin