Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahin Növrəsli 5-ci Yubiley Festivalı

 

Artıq 5-ci ildir ki, ölkəmizdə “Şahin Növrəsli Musiqi Festivalı” keçirilir. Builki tədbir isə İçərişəhərdə - Qoşa qala qapılarında açıq havada təşkil olunur.

İyulun 2-də Festivalın mətbuat konfransı baş tutdu. Burada, festivalın direktoru, Əməkdar Artist Şahin Növrəsli, Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tamaş Torma, Fransa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Sofi Laqut, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Qurban Səid restoranının təsisçisi Səbinə Uluxanova, YIĞIM Ödəniş Sisteminin direktoru Vüqar Cəfərov, InCruises şirkətinin nümayəndəsi Gülnaz Musina, FORTIS inkişaf şirkətinin nümayəndəsi Dilbər Hacıyeva, və iştirakçı musiqiçilər Ayzek Camba (Braziliya), Jozefina Beker (Çili) və Erik Jakot (Fransa) iştirak etdilər. Festivalın təsisçisi və direktoru Şahin Növrəsli iştirakçılara proqram və onun xüsusiyyətləri, eləcə də tədbir haqqında ümumi məlumat verdi. O, çıxışını festivalın tərəfdaşlarına, sponsorlarına və iştirakçılarına minnətdarlığını bildirərək yekunlaşdırdı.

Sonra, sual-cavab sessiyasına start verildi. Festivalda iştirak edən musiqiçilər Azərbaycan qonaqpərvərliyini təriflədilər və Bakı haqqında təəssüratlarını bölüşdülər.

Şahin Növrəsli festival haqqında Azpress.az-a danışaraq bildirdi ki, sevindirici haldır ki, beşinci dəfə bu festival keçirilir. Musiqiçi festivalı həm yerli, həm də əcnəbi qonaqlar  üçün bir musiqi bayramı adlandırdı: - Qonaqlarla yanaşı, gənc musiqiçilər bu festivalın keçirilməsini hər il səbrsizliklə gözləyirlər. Builki yenilik isə ondan ibarətdir ki, festival İçəriçəhərdə - Qoşa Qala qapılarında açıq havada keçirilir. Bu festival həm də fərqli musiqi janrlarından ibarət konsertlərlə fərqlənir. Burda hər kəs istər klassik, caz, istərsə də flaminqo musisini dinləyə və müxtəlif növ rəqslərə şahidlik edə bilərlər. Yubiley konsertimizə hər kəs dəvətlidir.

İyulun 3-də Festivalın açılışı oldu. Yubiley konserti Nomade və Jozefina Bekerin Latın Amerikası musiqisindən ibarət coşğun musiqiləri ilə başladı. Erik Jako (bas) və Ayzek Camba (zərb alətləri) də çıxış etdilər. Festivalın canlı açılışı böyük bir izdihamı cəlb etdi.

Dinamik, şən və enerjili konsert festival qonaqlarını tez bir zamanda bir çoxlarının birlikdə oxuduğu Latın Amerikası şənliyi atmosferinə qərq etdi.

Qeyd edək ki, Nomade, ənənəvi Latın Amerikası musiqisi və müasir tendensiyaların birləşməsinə əsaslanan Latın Amerikası musiqi qrupudur. Solist Jozefina Beker öz ritmləri və aranjimanları ilə birlikdə klassik Latın Amerikası melodiyalarının motivlərini improvizasiyalarına daxil edir.

“Shahin Novrasli Festival 2026” 2-12 iyul tarixlərində İçərişəhərdə keçirilir. 

Bu on gün ərzində Bakı sakinləri və qonaqlar 10 ölkədən tanınmış musiqiçilərin ifasında müxtəlif janrlarda xüsusi musiqi proqramından zövq alacaqlar. Shahin Novrasli Festival 2026 həmçinin festival yarmarkası, gündəlik DJ setləri, gənc istedadların konserti, ədəbi müsabiqə və cem sessiyaları da təqdim edəcək.

Festivalın buiki şüarı isə belədir: Yayın enerjisini hiss et. Onu sev. Onu doya-doya yaşa. Festivalın ən yaddaqalan hadisəsi isə gənc istedadların iştirak etdiyi “Biz Gələcəyik” adlı konsertidir.

 

Fidan

Azpress.az

Best coffeeshop in Berlin