"Qarabağ" Polşada Kiyev 'Dinamo"sunun qonağıdır
Bu gün futbol üzrə Avrokubok yarışlarının Konfrans Liqasında üçüncü mərhələnin ilk oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" klubu Kiyev (Ukrayna) "Dinamo"sunun qonağı olacaq. Ukraynadakı hazırki vəziyyətlə bağlı oyun neytral meydanda - Polşanın Lyublyana şəhərindəki "Lyublyana Arena" da keçiriləcək.
Baş hakimi danimarkalı Morten Kroq olan oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Cavab oyunu isə avqustun 13-də Bakıda olacaq.
Xatırladaq ki, Avrokubokda yarışlarının 2025/26-cı il mövsümünə Avropa Liqasında başlayan"Qarabağ" ikinci mərhələdə OMİK-ə (Bolqarıstan) uduzaraq, (penaltilər də 4:5) Konfrans Liqasına düşüb.
İNTİQAM Məmmədov


