Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qızlardan ibarət U-18 basketbol millimiz AÇ-da qrup sonuncusu olub

Rumıniyanın Tulça şəhərində 18 yaşlı (U-18) basketolçu qızlar arasında keçirilən FİBA U-18 Qadınlararası Avropa çempionatının B dvizionunda qrup oyunları başa çatıb. Turnirin A qrupunda yer alan Azərbaycan millisi son tur çərçivəsində İslandiya ilə üzləşib. Qeyd edək ki, böyük fasiləyə 45:40 hesabı ilə üstün durumda yollanan millimiz üstünlüyü sona qədər özündə saxlaya bilməyib və nəticədə meydanı məğlubiyyətlə tərk edib - 74:77 (24:17, 21:23, 15:11, 14:25).

Bununla da, millimiz qrupda keçirdiyi 4 oyunun (Rumıniya, Hohollandiya, Portuqaliya, İslandiya və İspaniya) hamısında məğlubiyyətlə üzləşib və qrup mərhələsini 5-ci (sonuncu) pillədə başa vurub. 

Belə olduğu halda isə millimiz digər 4 qrupun 5-cisi (sonuncusu ) ilə 27-20-ci yerlər uğrunda mübarizə aparacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin