Nazir Fərid Qayıbov FİDE nümayəndələrini qəbul edib
Bu gün Gənclər və İdman Nazirliyində (GİN) daha bir görüş olub. GİN-dən verilən məlumata görə, Nazir Fərid Qayıbov FİFE-nin (Beynəlxalq Şahmat Federasiyası) ölkəmizdə rəsmi səfərdə olan nümayəndə heyətini qəbul edib və onlarla işgüzar söhbət aparıb. Görüş çərçivəsində əsasən ölkəmizdə bu idman növünün inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda keçirilən və eləcə də keçirilməsi nəzərdə tutulan beynəlxalq şahmat yarışları ilə bağlı məsələlər, eləcə də bu sahədə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
İNTİQAM Məmmədov


