Qızlardan ibarət U-18 basketol millimiz Makedoniyanı məğlub edib
Rumıniyanın Tulça şəhərində 18 yaşlı (U-18) basketolçu qızlar arasında keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi Avropa çempionatının (FİBA U-18 Qadınlararası Eurobasket) B dvizionunda yarışlar davam edir.
Qrup mərhələsini uğursuz bitirən millimiz hazırda 17-20-ci yerlər uğrunda mübarizə aparır. ABF-dən verilən məlumata görə komandamız bu yerlər uğrunda ilk matçını Şimali Makedoniyaya qarşı keçirib. Maraqlıdır ki, böyük fasiləyə 40:42 hesablı məğlub durumda yollanan millimiz sonda meydanı qəlbə ilə tərk edib - 75:72.
Matcda Azərbaycan millisinin heyətində ən yaxşı oyunçu Deniz Gökçöl seçilib. O, 19 xal, 4 ribaund, 3 məhsuldar ötürmə və 4 yoplmla yadda qalıb.
Millimiz eyni yerlər uğrunda növbətçi matçını avqustun 8-də Estoniyaya qarşı keçirəcək.
İNTİQAM Məmmədov


