Qızlardan ibarət U-18 basketol millimiz AÇ-da Estoniyanı üstələyib
Rumıniyanın Tulça şəhərində 18 yaşlı (U-18) qızlar arasında keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi Avropa çempionatının (FİBA U-18 Qadınlararası Eurobasket) B dvizionunda yarışlar davam edir. 17-20-ci yerlər uğrunda keçirilən yarışda Azərbaycan millisi növbəti matçını Estoniyaya qarşı keçirib. Xatırladaq ki, birgün öncə eyni yerlər uğrunda Şimalı Makedoniyanı (75:73) məğlub edən millimiz bu dəfə isə estonları məyus qoyub - 74:71.
Matçın ən yaxşı oyunçusu adına isə 19 xal və 16 ribaundla yadda qalan Polina Şukina layiq görülüb.
Yeri gəlmişkən, millimiz növbəti matçını avqustun 9-da saat 12:00-da Norveç yığmasına qarşı keçirəcək.
İNTİQAM Məmmədov


