Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cavadxan Qasımov:

NDU: UĞURLU TƏDRİS İLİNİN SAĞLAMLIQ TƏRƏNNÜM EDƏN TİBB GÜNLƏRİ

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti, 
İqtisad üzrə fəlsəfə doktoru

Qalib ölkənin inkişaf edən ali məktəbi olaraq Naxçıvan Dövlət Universiteti, növbəti yeni elmi layihəni reallaşdırır. Belə ki, 24–26 sentyabr 2026-cı il tarixlərində davam edən Birinci Naxçıvan Beynəlxalq Tibb Günləri öz işinə başlamışdır. 2022-ci ilin 18 iyun tarixində uğurla reallaşan Birinci Tibbi Forum universitetin böyük elmi konfranslar sahəsindəki təcrübəsinin və peşəkarlığının qətiyyətli təsdiqi oldu. Bu təcrübə əsasında bir sıra respublika və beynəlxalq kofransların keçirilməsinə imza atmaqla, çoxistiqamətli elm sahələrinin müasir dövrlə səsləşən və olduqca aktual olan problemlərinin elmi dövriyyəyə cəlb olunması sahəsində əhəmiyyətli nəticələr əldə olundu. 
İndiki inkişaf mərhələsində elmin daha da şaxələndiyi, yeni araşdırma mövzularının, daha effektiv nəticələrin hədəf olaraq qəbul olunduğu, milli iqtisadiyyatların çoxşaxələliyinin təmin olunması zərurətləri, universitetlərin, araşdırma mərkəzlərinin, fikir, ideya və təşəbbüslərin inteqrasiya olunma zərurəti günümüzün olduqca mühüm təlabatına çevrilmişdir. Eyni zamanda, rəqəmsallaşma mühitinin, innovasiya mahiyyətinin, süni intellektdən məqsədyönlü istifadə imkanlarının dünya elminin qaçılmaz prioritetlərinə çevrilməsi universitetlərin daha dinamik elm və tədris proeslərinə keçidini tələb etməkdədir. Bununla yanaşı, daha çox səmərəsi, daha çox perspektivi, daha çox strategiyası olacaq layihələr, məhz bu konfrasların çoxistiqamətli tədqiqat nəticələrindən ortaya çıxmaqdadır.
İstər Birinci Forumun, istərsə də, öz işinə başlayan Birinci Naxçıvan Beynəlxalq Tibb Günləri, dünya elmi baxımından da olduqca əhəmiyətli olacaq. Belə ki, sərhədləri tanımayan, ölkələri cənginə alan, milli iqtisadiyyatlar üçün şok effekti verən pandemiyaların təsirindən qorunmaq, müqavimətlilyə malik olmaq və bu sahələrin güclü elmi əsaslarını yaratmaq məqsədilə belə elmi konfransların çox əhəmiyyətli təsiri və nəticəsi olacaq.
Bu tədbirlər, iş birliyinin, söz, ideya, təşəbbüs, baxış, yanaşma vəhdətinin təşəkkülü, inkişafı, xalqların, millətlərin rifahı və dövlətlərin bu sahədəki siyasəti üçün çox zəruri olacaq. Diqqət etdikdə aydın olur ki, Birinci Naxçıvan Beynəlxalq Tibb Günlərinin əsas məqsədi də:
* XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi;
* Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar;
* Yanaşmalar üzrə Beynəlxalq Konqres;
* İBH və İntestinal Ultrasonoqrafiya üzrə Beynəlxalq Kurs;
* Ustad dərsləri, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər;
* Panel müzakirələri, simpoziumlar və elmi təqdimatlar vasitəsilə reallığa çevrilmiş olacaq.
Naxçıvan Dövlət Universiteti bu tədbirlərlə bir daha sübut edir ki, region universiteti olmaq, heç də ideya, layihə, məqsədlər məhdudiyyətləri mənasına gəlmir. Əksinə, daha aktual problemlər, onların həlli yolları, daha effektiv nəticələr və onlara aparan resurslar, yollar, regon universitetlərinin baxışlarında daha aydın görünür və ölkənin gələcək hədəfləri davamlı islahatları və prioritetləri üçün həlledici olur. Birinci Naxçıvan Beynəlxalq Tibb Günlərində tibb elmi sahəsində kifayət qədər imzası olan mütəxəssislərinin iştirak etməsi daha faydalı nəticələrin əldə olunmasına səbəb olacaq, yol açacaq, zəmin yaradacaq. 
Yeni əməkdaşlıqlar, yeni layihələr, yeni müəllifliklər ortaya qoyulmuş olacaq ki, onun da səbəbkarı məhz Naxçıvan Dövlət Universiteti olacaq. Bütün bu nailiyyətlər isə dövlətimizin gündəlik qayğı və diqqətindən güc alan hörmətli rektor Elbrus İsayevin güclü təcrübə əsasında idarəetmə keyfiyyətləri ilə əldə olunur. 
Beləliklə, 24 sentyabr 2026-cı il tarixində Naxçıvan Dövlət Uuniversitetində fəxri sədrləri rektorumuz Elbrus İsayevin və Ankara Universitetinin rektoru Necdet Ünüvarın olduqları Birinci Naxçıvan Beynəlxalq Tibb Günlərinin rəsmi açılış mərasimi keçirildi. Həmin gün 6 panel üzrə 33 məruzə dinlənildi və elmi müzakirələr başladı:
- panel 1: İltihabi bağırsaq xəstəlikləri;
- panel 2: Perianal kron və  iltihabi  bağırsaq xəstəlikləri;
- panel 3: Üz çənə cərrahiyyəsində müasir yanaşmalar;
- panel 4: Cərrahi qastroenterologiya 1;
- panel 5: Kron xəstəliyi;
- panel 6: Endourologiya kimi tibb elminin olduqca mühüm istiqamətləri üzrə əhəmiyyətli müzakirələr aparıldı və tanınmış alimlərin, tədqiqatçı və araşdırmaçıların qarşılıqlı fikir mübadilələri ilə çox mühüm nəticələr ortaya qoyulmuş oldu. 
Birinci Naxçıvan Beynəlxalq Tibb Günlərinin proqramı ilə tanış olduqda aydın olur ki, təkcə 24 sentyabr tarixindəki müzakirələrdə və debatlarda ümumilikdə, 40-a yaxın məruzələr dinlənilmiş və müvafiq əsaslandırmalar aparılmışdır. Belə ki:
- Perianal Kron fistulasının kök hüceyrələri haqqında bilməli olduğumuz hər şey;
- Kron perianal fistulaları bağlamaq üçün cərrahi müalicəsi. Buna nail olmaq mümkündürmü?;
- Bağırsaqdan oynağa:iltihabi bağırsaq xəstəliklərində revmatoloji spektr;
- Baş-boyun onkoloji cərrahiyyəsində müasir rekonstruktiv yanaşmalar;
- Çənə sümüklərinin sınıqları zamanı sümük alloplastikası əməliyyatında bizim təcrübəmiz;
- Nadir Apnoe səbəb- Pyerr Roben sindromu;
- Yaxşı bir nəzarət kolonoskopiyasını necə etməliyəm?;
- Tibbi strategiyalar vasitəsilə əməliyyatdan sonra Kron xəstəliyinin təkrarlanmasının qarşısının alınması;
- Uşaq cərrahiyyəsində laparoskopik yanaşmalar;
- Prostat xərçənginin diaqnostikasında artemis - mr fusion prostat biopsiyasının tətbiqi;
- Uroloji xəstəliklərdə robotik cərrahiyədə yeniliklər kimi aktual mövzular, elmi müzakirələr zamanı geniş araşdırma obyektinə çevrilmişdir.
25 sentyabr tarixində isə 16 panel üzrə 118 məruzənin dinlənildiyi Beynəlxalq Tibb Günlərində ölkəmizin alimləri və araşdırmaçıları ilə yanaşı, Türkiyə, ABŞ, İsveç, Rusiya, Belçika, Qırğızıstan, Qazaxıstan kimi ölkələrin tibb sahəsi üzrə mütəxəssisləri tərəfindən birgə, ortaq və tərəfdaş araşdırma nəticələri daha səmərəli nəticələrlə yadda qalacaqdır. Diqqət etdikdə aydın olur ki, Beynəlxal Tibb Günləri imkan verdi ki, dünya əhəmiyyətli tibb sahəsi üzrə problemlərin elmi dövriyyəyə cəlb olunmasında naxçıvanlı alimlər, artıq dünya alimləri ilə eyni araşdırma mövzuları üzrə birlikdə, müzakirələr aparır, burgə elmi qənaətə gəlir və nəticələrdən birlikdə istifadə edir. 
Beynəlxal Tibb Günlərinin ikinci günündə:
- Kəskin pankreatitlərin müalicə alqoritması - təqibdən cərrahiyyəyə;
- Sitoredüksiyon ve HIPEC tətbiqi (video təqdimat);
- Yeni modifikasiya olunmuş invaginasion pankreatoyeyunoanastomoz;
- Komorbid xəstəlikləri olan pasiyentlərdə proktoloji yanaşmalar;
- Qaraciyər serrozunda hipoksemiyanın differensial diaqnostikası;
- Azalmış over rezervli xəstələrdə teratopik müalicə yanaşmaları;
- Baş-boyun rekonstruksiyasında lokal fleblər;
- Stomatologiyada ozon terapiyasının tətbiqinin kliniki effektivliyi;
- Süd vəzi xərçənginin müasir dərman müalicəsinin əsas prinsipləri;
- Yoğun bağırsaq anastomozlarının steplerlə icrası zamanı tutarsızlığın profilaktikası;
- Mexaniki sarılıq sindromu zamanı öd yollarının daxili və xarici drenlənməsinin klinik əhəmiyyəti kimi mövzular geniş araşdırma obyektinə çevrilmişdir.
Bütövlükdə, iki gün davam edən müzakirələr zamanı, ümumikdə, 150-dən artıq məruzə dinlənildi ki, bu da, tibb elminin tarixi inkişaf mərhələləri üzrə çoxistiqamətli müzakirələr aparılmışdır.
Müzakirələrdən sonra, Beynəlxal Tibb Günləri çərçivəsində tibbi aksiyalar keçirilmiş və 30-a yaxın mütəxəssis bu aksiyaların gedişində fəal iştirak etmişlər. 
Dünya ölkələrinin, onların milli iqtisadiyyatlarının, xalqların məruz qaldığı qlobalmiqyaslı Pandemiyanın, virusların və xəstəliklərin qarşısında müqavimətlilik gücünün artırılmasında belə müzakirələrin olduqca mühüm əhəmiyyətini qeyd etmək lazımdır. Bu gün elmin innovasiyayönümlü inkişaf istiqamətlərinin müəyyən olunması, alternativ imkanların daha mütərəqqi etibarlılıq perspektivlərinin gətirməsi, müvafiq resurslardan daha səmərəli istifadə mexanizmlərinin ortaya qoyulması və nəticə etibarı ilə mütərəqqi yanaşma, müqavimətlilik, müayinə və müalicə mexanizmlərin əldə olunması günümüzün olduqca aktual təlabatına çevrilmişdir. Məhz belə bir məqamda, Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu mühüm layihələrdən biri olaraq, Beynəlxal Tibb Günlərinin keçirilməsi xüsusi əhəmiyyətə malik olacaqdır.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111