Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Avrokubokda 1 xal "Neftçi" BK üçün 1 xal yetərli olub

Sentyabrın 30-da kişi basketbol klublarının mübarizə apardığı FİBA Avropa Kubokunun təsnifat mərhələsinin cavab oyunları keçirilib. Sözügedən turnirdə ölkəmizi təmsil edən "Neftçi" basketol klubu həmin gün Estoniyanın Parnu şəhərində eyniadlı klubun qonağı olub. Görüş ev sahibinin qələbəsi ilə bitsə də mərhələ aşan "Neftçi" olub. Belə ki, evdə keçirdiyi ilk oyunda 80:67 hesabla qalib gələn "Neftçi" cavab matçında 61:73 hesabı ilə məğlub olub. Lakin iki oyunun ümumi nəticəsinə görə bir xal üstün olmaq "Neftçi"-nin işinə yarayıb. Ümumi hesab "Neftçi"-nin xeyrinə olub - 141:140. Beləliklə, cəmi 1 xal "Neftçi" üçün yetərli olub.

Bununla da Azərbaycan təmsilçisi turnirin qrup mərhələsində mübarizə aparmaq imkanı qazanıb. Turnirin "D" qrupunda yer alan "Neftçi"-nin qrup rəqibləri də, oyunların təqvimi də artıq müəyyənləşib. Təmsilçimiz qrupda "Oradea" (Rumıniya), "Friboirq Olympir" (İsveçrə), "VEF Riqa" (Latviya), "Mykons" ( Yunanıstan) və "Lokomotiv Plovdiv " (Bolqarıstan) qarşılaşacaq.

Oyunlar dairəvi sistem üzrə iki dövrədə (ev və səfər) keçiriləcək. 

Oktyabrın 6-da "Mykons"la səfər matçına çıxan "Neftçi" qrup oyunlarına dekabrın 23-də Bolqarıstan təmsilçisinə qarşı ev oyunu ilə qrup mərhələsinə yekun vuraraq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111