Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha üç cüdoçumuz mübarizəyə qatılıb

Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadınlar arasında cüdo üzrə keçirilən dünya çempionatı davam edir. Mundialın bu günə ,(6 oktyabr) təsadüf edən üçüncü  günü, biri qadın olmaqla, daha 3 təmsilçimiz mübarizəyə qatılıb. Kişilər 73, qadın isə 57 kq çəki dərəcəsində çıxış edəcək. 

Kişilərdən biri  - Hidayət Heydərov artıq ilk görüşünü keçirib və qələbə qazanaraq adını 1/16 finala yazdırıb. Qeyd edək ki, 1/32 finalda kosovolu Akila Qyakovu üstələyən Heydərov 1/16-də Valtteri Olinlə güləşəcək. Həmin çəkicdə tatamiyə çıxan Rəşid Məmmədəliyev isə1/16 finalda kanadalı Castin Lemayra qarşı ilk görüşünü keçirəcək.

57 kq-da çıxış edən qadın təmsilçimiz - Xədicə Qədəşova isə ilk görüşdə (1/16 final) Yanar Yoldoşevlə (Qırğızıstan) qarşılaşacaq.

Xatırladaq ki, geridə qalan ilk iki gündə Azərbaycan yığması bir qızıl medal qazanıb. Medalın sahibi Əhməd Yusifovdur (60 kq).

İNTİQAM Məmmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111