Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
ELBRUS İSAYEV: YENİLİKÇİ ELM VƏ TƏDRİS UNİVERSİTETİ MODELİNİN MÜƏLLİFİ
Bu gün Naxçıvan Dövlət Universitetinin rektoru, tarixçi alim, təşkilatçı, yenilikçi, novator insan, gözəl ziyalı Elbrus İsayevin doğum günüdür. Elbrus müəllim, bir insan kimi, tədqiqatçı alim olaraq, əsl Vətən övladına layiq şəkildə işıqlı, mənəviyyatlı, ali dəyərlərin məcmusunu özündə əks etdirən ziyalı, alim, vətəndaşdır. Onun düşüncələrində ölkəmizin suverenliyi, dövlətimizin davamlı inkişafı, xalqımızın rifahı, millətimizin parlaq gələcəyi üçün var güclə çalışmaq, prioritet olaraq qəbul olunub. Elə bunun nəticəsidir ki, 2018-ci ilin avqust ayında Naxçıvan Müəllimlər İnstitutunun, 2019-cu ilin dekabr ayından isə Naxçıvan Dövlət Universitetinin rektoru olaraq cəmiyyətimiz və xalqımız üçün böyük səylə çalışır və dövlətimizin gənclər siyasətinə, elm və tədris sahəsindəki prioritetlərinin əlçatan olmasına böyük töhvələr verir. Gənclərin yüksək ixtisaslı kadr və mütəxəssis olaraq hazırlanmasında, onların ölkəmiz üçün layiqli vətəndaş olaraq formalaşmasında, islahatyönümlü proseslərin uğurlu təşəkkülündə Elbrus müəllim yenilikçi layihələr həyata keçirməklə, onların etibarlı ixtisaslaşması üçün zəruri təsisatları yaratdı. Bütün bunlarlarla:
Elbrus müəllim, yenilikçidir. Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində işlədiyi son yeddi ilə yaxın bir müddət ərzində ali məktəbin bütün fakültələrində, kafedralarında, əməkdaşların pedaqoji fəaliyyətində, tələbələrin ixtisaslaşma mühitində innovativ əsaslı təsisatlar ortaya qoydu. Mövcud fakültələrin bazası əsasında yeni, ən əsası da, müasir dövrün ali təhsil sahəsindəki çağırışlarına, tələblərinə və mahiyyətinə müvafiq olan fakültələrin yaradılması ilə tam və dolğun modelin təşəkkülünə əsaslı zəminlər açmış oldu.
Elbrus müəllim, tələbələrin dostudur. Bütün gün ərzində, həftə boyunca, ayların bir-birini əvəz etməsi ilə, illərin universitetimizə gətirmiş olduğu yüksək dəyərlərlə tələbələrin içərisində olan, onlara qucaq açan, hər şey tələbə üçün şüarını gerçək olaraq reallığa çevirən məhz tələbələr üçün qürurverici rəhbərdir, rektordur, doğma insandır. İstənilən an, Elbrus müəllimi tələbələrin yanında, onlarla söhbət edərkən, qayğılarını dinləyərkən görmək olar. Məhz bütün bunlarla, bütünlükdə, kollektivimiz üçün sevimli olan əziz adamdır. Tələbələrin müxtəlif layihələr üzrə milli və beynəlxalq layihələrdə təmsil olunması, onların dövlət qayğısı ilə əhatə olunması, dəstəklənməsi, özlərini tək, diqqətsiz hiss etməməsi üçün Naxçıvan Dövlət Universitetində bütün resurslar səfərbər olunmuşdur. Buna görə də, tələbələr ikili diplom layihələrində, mobillik proqramlarında, ixtisaslaşma sahəsindəki digər təşəbbüslərdə olduqca mühüm və əhəmiyyətli qüvvələr olaraq qəbul olunur.
Elbrus müəllim, cəmiyyətin içərisindən çıxan və cəmiyyət üçün fəaliyyət göstərən novator ziyalıdır.Müasir dövrümüzdə ölkəmizdə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə reallaşan və yeni iqtisadi reallıqların gerçək ifadəsinə çevrilmiş olan tədbirlər, istər aktuallığına, istər milli iqtisadi inkişaf üçün əhəmiyyətinə, istər sosial dayanıqlılığa töhvəsinə, istər beynəxalq sosial və iqtisadi münasibətlərə inteqrasiya olunmasına, istərsə də, bütün bu kimi ali dəyərlərlə uzunmüddətli perspektivlərə malikdir. Buna görə də, iqtisadi inkişafın indiki mərhələsində, bütünlükdə, dünya iqtisadiyyatı üçün son dərəcə yenilikçiliyinə görə fərqlənən tarixi İpək Yolu sahəsində, onun müvafiq marşrut üzrə qərarlaşan ölkələrin milli iqtisadiyyatlarına gətirmiş olduğu perspektivlər sahəsində olduqca əhəmiyyətli araşdırmaların müəllifidir. Elbrus müəllimin araşdırmaları Naxçıvan Muxtar Respublikasının tarixi və iqtisadi əhəmiyyətli inkişafına istiqamətlənməklə, onun bağlı olduğu Azərbaycan dövlətinin yeni iqtisadi prioritetlərini ifadə etməklə, dünya iqtisadiyyatının və tarixinin də yeni inkişaf xəritəsinin cizgilərini özündə əks etdirməkdədir. Onun araşdırma nəticələri Azərbaycan və Çin dövlətlərinin əməkdaşlıqları, iqtisadi münasibətləri, diplomatik yaxınlaşması, siyasi müttəfiqliyi, sosial sahələr üzrə işbirliyi baxımından olduqca səmərəlidir. Tarixi İpək Yolunun gətirmiş olduğu nailiyyətlər, hazırda Çin dövlətinin “Bir kəmər, bir yol” layihəsi üzrə daha mütərəqqi əsaslara malik olmaqdadır. Məhz belə bir vəziyyətdə, Elbrus müəllim kimi alimlərin əsərləri, araşdırma nəticələri, qənaətləri, mühüm elmi əsaslar müstəvisində bu münasibətlərin hərəkətverici qüvvəsi, etibarlı dayaqları və dayanıqlı bazasını təşkil etməkdədir. Bu isə malik olduğu iqtisadi və sosial mahiyyətinə görə xalqımızın daha mütərəqqi rifah göstıəricilərinin əsasalarını yaratmaqdadır. Təsadüfi deyildir ki, Elbrus müəllim Naxçıvan Dövlət Universitetinin tarixi İpək Yolu üzərində növbəti uğurlu addımını atmaqdadır. Artıq universitetimizdə Çin dili ixtisası üzrə kadr hazırlığına başlanması bu proseslərin daha mütərəqqi bazasını yaratmış olacaq. Yeni dövrdə, yeni kadrlar, yeni mütəxəssislər Azərbaycan Çin münasibətlərinin daha böyük qüvvəsinə çevrilmiş olacaq.
Elbrus müəllim, insanların içərisində olan ziyalıdır. Zəhmətkeş bir ailədə doğulub boya-başa çatan, öz biliyi, əməyi ilə bu zirvəyə doğru inamla addımlamışdır. El arasında belə bir söz var, deyərlər, filankəs cırmaqlaya-cırmaqlaya bu yerə gəlib çatıb. Bu fikir, Elbrus müəllim üçün olduqca keçərlidir. Saleh əminin halal zəhməti ilə böyüyüb, alim olub, cəmiyyətimiz üçün yaşamaqdadır. Hələ universitetdə təhsil aldığı dövrlərdə, Tələbə Həmkarlar Təşkilatının Sədri idi. Mən də Yeni Azərbaycan Partiyası Universitet Gənclər Təşkilatının Sədri vəzifəsində işləyirdim. Universitet Tələbə Elmi Cəmiyyətinin Sədri isə əziz dostumuz Əşrəf Nəcəfov idi. Bütün tədbirlərdə, təşkilati işlərdə, tələbələr içərisində vətənpərvərlik işlərinin düzgün qurulması proseslərində birlikdə çalışırdıq. Elbrus müəllim, özünün yüksək intellektual bilikləri, məsələlərə yanaşması, düzgün nəticələr çıxarması, yenilikçiliyi, təşkilatçılığı, yüksək mənəvi keyfiyyətlərə malik olması ilə hər kəsin hörmətini qazanmışdır. Çevik insandır, Elbrus müəllim. İstəyir ki, görülən hər bir iş, hər kəs üçün faydalı olsun. Hər kəs üçün səmərəli nəticələr versin. Hər kəs bu işin nəticələrindən bəhrələnsin. Onun bakalvr təhsil səviyyəsində də, magistratura təshil səviyyəsində ixtisaslaşdığı dövrlərdə də, bu amillər, hədəflər, məqsədlər öncül olmuşdur. Elbrus müəllim, hazırda universitetdə şəffaf, ədalətli və qərəzsiz bir mühit yaratmışdır. Hər kəs öz işinin nədən ibarət olduğunu yaxşı bilir. Ola bilər ki, hansısa bir işçi ilə iş saatlarında harasa gedəndə də rastlaşmaq olar. Amma o işçi mütləq şəkildə universitetin işləri, məqsədləri və ikişafı üçün hərəkət edir. Buna görə də, yenə də, el dilində desək, Naxçıvan Dövlət Universitetində hər bir sahə saat kimi işləyir. Universitetdə görülən işlər, davam etdirilən islahatlar, əldə olunan nəticələr cəmiyyətimiz üçün açıqdır. Universitet televiziyası məhz bu işləri çoxsaylı izləyicilərinə çatdırır və onlar dolğun şəkildə məlumatlandırmış olur. Universitetdə keçirilən bir sıra layihələrdə, xüsusilə, tam ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin bir gün boyunca universitetimizdə olması, tədir prosesləri ilə tanış olması, buradakı mühitlə yaxınlaşması kimi məsələlər, xüsuslə də, açıq mikrafon layihəsinin reallaşması elbrus müəllimin cəmiyyətlə, insanlarla, xalqımızla iç-içə bir ziyalı, rektor və alim olaraq fəaliyyətini bir daha ortaya qoyur. Universitetin nəzdində olan kolleclər, beynəlxalq məktəb, Kembric məktəbi hətta şagirdlərin belə hazırlanması proseslərində daha mühüm nəticələr ortaya qoymaqdadır.
Elbrus müəllim, universitetlərarası dostluq, tərəfdaşlıq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafına töhvə verir. Rektor kimi təyin olunduğu ilk illərdən etibarən, milli sahədə olduğu kimi, beynəlxalq əməkdaşlıqlar sahəsində də, ciddi tədbirlərin həyata keçirilməsinə başlayan Elbrus müəllim, qardaş Türkiyə Cümhuriyyətinin bir çox nüfuzlu ali məktəbləri ilə münasibətlərin daha yüksək inkişaf səviyyəsinə çatması üçün bilik, səy və bacarıqlarını səfərbər etdi. Qarşılıqlı təcrübə mübadilələrinin təmin olunmasına nail olmaqla, yeni keyfiyyət mərhələsinin əsasları müəyyən olundu. Eyni zamanda, Yaponiya, Macarıstan, Avstriya, Çin kimi güclü təcrübəyə malik olan ölkələrin elm və tədris prosesləri sahəsində təcrübələrinin öyrənilməsi, nüfuzlu ali məkltəbləri ilə əməkdaşlıqların başladılması, inkişafı və perspektivliliyinin təmin olunması kimi məsələlər daha mütərəqqi əsaslarla qərarlaşmış oldu. Müxtəlif ixtisaslar üzrə tədris proseslərinin, təcrübə proqramlarının, yay məktəbi layihələrinin məhz bu ölkələrin ali təhsil müəsüsisələrində keçirilməsi çox mühüm nəticələrinə görə seçilməkdədir. Artıq, istər bakalavr, istərsə də magistratura təhsil saəviyyələrində bu ölkələrlə müxtəlif ortaq layihələr məhz Elbrus müəllimin təşəbbüsü ilə reallaşmaqdadır. Dövlətimizin gündəlik qayğı və diqqətindən güc alan rektor, həm də yeni ixtisasların qəbul planlarına salınması əsasında tədrisi ingilis dilində olan ixtisasların da açılması ilə daha güclü potensial yaratmaqdadır. Bunu iqtisadiyyat, turizm, rəqəmsallaşma, beynəlxalq münasibətlər, hüquq sahələri üzrə ixtisaslarda kadr hazırlığı Azərbaycan dili ilə birlikdə, həm də ingilis dillərində həyata keçirilməkdə və kifayət qədər uğurlu nəticələrlə müşayiət olunmaqdadır.
Elbrus müəllim, bütün yüksək dəyərlərlə birlikdə, həm də, nümunəvi vətəndaşdır. Onun bir məqsədi var: Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideya və təşəbbüsləri ilə inkişaf edən Müstəqil Azərbaycan Respublikasını hər zaman tarixi Zəfər qazanan ölkə olaraq daha da qüdrətlənməsi. Müzəffər Ali baş Komandanımızın rəhbərliyi ilə tarixi Zəfərimizdən sonra bir çox bayram tədbirlərinin keçirilməsi, bu münasibətlə, çoxsaylı layihələrin reallaşması məhz bu sahədə yüksək dəyərlər kimi qürurvericidir. Tələbələrin, müəllimlərin, ümumilikdə kollektivin hər bir üzvünün sosial rifah səviyyəsinin diqqətdə saxlanılması, vətəndaşların firəvan yaşayışının təmin olunması, Elbrus müəllimin həm arzusudur, həm də reallaşdırmağa çalışdığı, bir çox hallarda reallaşdırmış olduğu hədəflərdən biridir.
Elbrus müəllimin adı zirvəni xatırladır. Özü isə bu diqqətinə görə qəlbinin böyük olduğunu bir daha göstərir. Adətdir ki, hər kəs doğum günü münasibətilə bir-birini təbrik edir. Amma Elbrus müəllim, doğum gününə bir gün qalmış bütün kollektivimizi təbrik elədi. Əməkdaşların əməkhaqqılarının orta hesabla 15 faiz qaldırılması ilə bağlı qərar qəbul etdi.
Beləliklə, 7 oktyabr, Elbrus müəllimin doğum günüdür. Bu münasibətlə hörmətli rektoru, dəyərli insanı, gözəl ziyalını təbrik edir, ən xoş arzularımızı bildiririk.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



