Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Messi karyerasında ən çox sevdiyi qolun adını çəkib

Lionel Messi etiraf edib ki, ən çox sevdiyi qol 2008/2009 Çempionlar Liqasının finalında "Mançester Yunayted"ə vurduğu baş zərbəsidir.

Həmin görüşdə "Barselona" 2:0 hesabı ilə qalib gəlib, argentinalı futbolçunun özü isə 70-ci dəqiqədə qol vuraraq, Samuel Eto'onun matçın əvvəlində dəqiq zərbəsindən sonra komandasının üstünlüyünü ikiqat artırıb.

"Mən çoxlu qollar vurdum, bəlkə də daha gözəl və əhəmiyyətli qollar. Amma Çempionlar Liqasının finalında "Mançester Yunayted"ə qarşı keçirilən bu baş zərbəsi mənim üçün həmişə xüsusi olub", - Messi deyib.

Həmin mövsüm Çempionlar Liqasında Messi 12 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edərək Barselonanın Avropa kampaniyasının əsas qəhrəmanlarından birinə çevrilib.

Best coffeeshop in Berlin