Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhid övladlarının kiçik toy məclisi - MASALLIDA

 

Masallıda Vətən müharibəsi şəhidi Nurlan Əbilovun övladları Amin və Fərruxun kiçik toy məclisi keçirilib.
,Şərəfə kəndindəki toy  mərasiminə Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon icra hakimiyyətinin şöbə müdirləri, hüquq-mühafizə orqanları və təşkilatların rəhbər və əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri qatılıblar. 
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himnimiz səsləndirilib.
Şəhid övladlarını təbrik edən qonaqlar onlara xeyir-dua, doğmalarına gözaydınlığı veriblər. 
Çıxışlardan sonra gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.

 

Akif AĞAYEV
 


 

Best coffeeshop in Berlin