Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Makronun heykəli muzeydən oğurlanaraq Rusiya səfirliyinin yaxınlığında qoyulub

İyunun 2-də Parisdəki Qrevin muzeyindən Fransa prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb. 

Səhər saatlarında iki qadın və bir kişi turist qiyafəsində muzeyə gəliblər. Binaya daxil olan kimi paltarlarını dəyişərək özlərini muzey işçisi kimi təqdim ediblər. Onlar Makron heykəlini ədyala büküb onunla birlikdə təcili çıxışdan çıxıblar.

Bir neçə dəqiqə sonra özünü "Greenpeace" fəalı adlandıran şəxs muzeyə zəng edərək oğurluğu bu təşkilatın həyata keçirdiyini bildirib.

Daha sonra fəallar heykəli Rusiya səfirliyinə apararaq orada quraşdırıblar. Bununla da Fransa ilə Rusiya arasında iqtisadi əlaqələrə etirazlarını bildiriblər.

Best coffeeshop in Berlin