Azərbaycan çempionatında ən güclü idmançılar iştirak edəcək
Azərbaycan Yay Çempionatı Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.
Azərbaycan İdman Akademiyasının stadionunda təşkil olunacaq yarışda ölkənin ən güclü idmançıları, o cümlədən milli komandamızın aparıcı üzvləri iştirak edəcək.
Yarış dünya çempionatına və İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanmaq üçün reytinq xallarının toplanması, eləcə də komandalararası Avropa çempionatına seçim baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan çempionatının açılış mərasimi iyunun 6-da saat 16:30-da keçiriləcək.


