YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Dünyanın ilk ağıllı "bibər qazı" təqdim edildi.
CES 2023 texnologiya sərgisində dünyanın ilk ağıllı bibər qazı olan 444 qutusu təqdim olunub.
Startapın yaradıcıları bildiriblər ki, qutunun hədəf auditoriyası gənc qızlar və qadınlardır.
Qeyd olunur ki, 444 qutusunun əsas fərqli xüsusiyyəti Bluetooth vasitəsilə smartfona qoşulmasıdır.
Sözügedən cihazın qiyməti 35 dollardır, bu il satışa çıxarılması nəzərdə tutulur.
Xatırladaq ki, cihaz təhlükəsizlik məqsədilə işlədilir. Belə ki, cihazın sahibi tətiyi çəkdiyi halda onun yaxınlarının əlaqə vasitələrinə təhlükə barədə xəbərdarlıq etmək üçün ismarıclar göndərilir. Mesajla həmçinin həmin şəxsin olduğu məkanı da görmək mümkün olacaq.


