Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

HÜMBƏT QULİYEV:

Göyərçin abidəsi

Sülhün rəmzi olan və Sumqayıtın Sülh küçəsinin başında yerləşən Göyərçin abidəsi ilə bağlı bir xatirəmlə bölüşürəm.

2002-ci ildə çalışdığım Iqtisadi Inkişaf Nazirliyinin bir qrup əməkdaşı ilə birgə Ispaniyanın Madrid şəhərində oldum. Şəhərin məsul şəxsləri ilə görüşdə bizim nümayəndə heyətinin adından mən çıxış etdim. Dedim ki, çox simvolik olan bir məsələni diqqətinizə catdırmaq istəyirəm.

Göyərçin quşunu ilk defe sülhün rəmzi kimi bəşəriyyətə dahi Ispan rəssamı Pikasso təqdim edib. Bu göyərçinə sülhün rəmzi kimi ən böyük abidə isə Azərbaycanın Sumqayıt şəhərinin eyniadlı küçəsində qoyulub. Abidənin müəllifi böyük Azərbaycan rəssamı Vaqif Nəzirlidir.

Mən böyük məmnuniyyətlə o göyərçinin büllur heykəlciyini dahi Pikassonun həmvətənlərinə onun vətənində təqdim edirəm.

Çıxışımı hamı, xüsusən də ispanlar gurultulu alqışlarla qarşıladılar.

Əziz sumqayıtlılar, biləsiniz ki, Göyərçinimizin heykəlciyi Pikassonun vətənində də var.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin