Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İtaliyada güləş üzrə U-15-lərin AÇ başlayır

Bu gün İtaliyanın Kaorle şəhərində 15 yaşlı güləşçilər arasında növbəti Avropa çempionatına start veriləcək. İyunun 28-dək davam edəcək yarışa Azərbaycan komandası da qatılacaq. AGF-dən verilən məlumata görə, yiqmamiz bu yarışlara hər növdə (sərbəst, qadın güləşi və Yunan-Roma) 13 nəfər  olmaqla 39 idmançı ilə qatılacaq.

Yarışın ilk günü sərbəst güləşçilər döşək üzərinə çıxaraq medallar uğrunda yarışacaqlar. Bu yarışda ölkəmiz böyük məşqçi Namiq Quliyev, məşqçilər - Elşad Abdullayev və Xaqan Süleymanovun rəhbərliyi altında 13 güləşçi ilə təmsil olunacaq.

İyunun 26-da qızların yarışı başlayacaq. Bu yarışda da ölkəmiz 13 güləşçi ilə təmsil olunacaq. Komandaya isə böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Abdulova rəhbərlik edəcək.

İyunun 27-də isə yunan-Romacilar döşək üzərinə çıxaraq nəyə qadir olduğunu göstərməyə çalışacaqlar. Bu komandaya böyük məşqçi Əbülfət Məmmədov, məşqçilər İlham Vəzirov və Taleh Məmmədov başçılıq edir.

Komandalarla yanaşı, daha iki həmyerlimiz - üçüncü kateqoriyalı hakimlər - Kənan Hacıyevlə Sevil Yusubov referiləri arasında yer alıb.

Bir məqami da qeyd edək ki, bu çempionat 2017-ci ildən keçirilir. Azərbaycan isə əvvəlki çempionatlarda fərqli olaraq, ilk dəfə olaraq qızların da yarışına tam heyətlə (13 nəfər) qatılacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin