Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

ARAZ QURBANOV: 

«SƏSSİZ MÜHARİBƏ» DAVAM EDİR…

 

Hörmətli dostlar!

1999-cü ildə işıq üzü görən və Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasının 80 illiyinə həsr edilən bu kitabda ötən yüzilliyin 90-cı illərindən etibarən İranın «Sepah», «Ettealaat» kimi məkrli qurumlarının Azərbaycanda casus şəbəkəsi yaratmaq, səbatsız vətəndaşlarımızı məxfi əməkdaşlığa cəlb etmək, dini zəmində qarşıdurmalar salmaq, Ermənistanın xeyrinə kəşfiyyat məlumatları toplamaq, diversiya aktları törətmək səylərindən və onların bu istiqamətdə Ermənistanla sıx əməkdaşlığından bəhs olunmuşdu. Yəni, İİR-in «Kərimə dövlət» bu günün sərsəm ideyası deyil, onun kökləri otuz il əvvələ doğru uzanır…

Kitab profilaktik tədbirlər qismində Azərbaycanın həssas bölgələrində əhali arasında yayılmışdı. Mətnin yazı üslubundan da onun dindarlar və dünya görüşü formalaşmamış gənclər üçün nəzərdə tutulması aydın hiss olunur. Əməliyyat-axtarış, istintaq və məhkəmə materiallarına, sənədlərə əsaslanan kitabın bəzi fəsillərini hələ o dövrdə güneyli fəallar fars dilinə çevirərək «Cəngi-xəfif» adı altında dərc etmiş və İran ərazisində yaymışlar.

İndiyədək bu kitabın nüsxələrini əldə etmək üçün mənə müraciətlər daxil olmaqdadır. Lakin arxivimdə olan nüsxələrin məhdud sayda olması üzündən onların istəyini yerinə yetirə bilməmişəm.

Bü günlərdə dostlarım kitabın mətnini kiril əlifbasından latın xətt qrafikasına çevirmişlər. Bu yardıma görə onlara dərin minnətdarlığımı bildirirəm.

Mövzunun aktuallığını, təhdidlərin kəskin xarakterini nəzərə alaraq, «Səssiz müharibə» kitabının PDF variantını yenidən diqqət və mühakimənizə təqdim edir, ümummilli maraqlarımız naminə paylaşmağınızı arzulayıram.

Kitabı aşağıdakı linkdən oxuya bilərsiniz:

http://multikulturalizm.gov.az/.../sessiz-muharibe-kitabi...

http://multikulturalizm.gov.az/

Best coffeeshop in Berlin