Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

 

ASİF RÜSTƏMLİ: 

“ULU ÖNDƏRİN DEYİMLƏRİ” SİLSİLƏSİNDƏN

HEYDƏR ƏLİYEV NƏRİMAN NƏRİMANOV HAQQINDA

Bizdən ötrü Mirzə Fətəli Axundzadə də, Əhməd bəy Ağaoğlu da, Məhəmməd Əmin Rəsulzadə də, Nəriman Nərimanov da böyük şəxsiyyətlərdir.

Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır. Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur. Məhəmməd Əmin Rəsulzadəni də o qoruyub saxlamışdır. Məşhur generallar Mehmandarovu və Şıxlinskini həbs etmək istəyirdilər. O zaman Nərimanov Leninə məktub yazaraq bildirmişdir ki, əvvəllər çar ordusunda, sonra isə müstəqil dövlətin ordusunda xidmət etmiş bu adamlar dəyərli şəxsiyyətlərdir və onlardan istifadə etmək lazımdır. Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz. Biz Bakıda Nəriman Nərimanovun ev muzeyini yaratmışıq, özü də böyük bir çətinliklə düzəltmişik. Eşidirəm ki, sonra vəzifəyə gələn adamlardan kim isə gözünü bu evə dikib. Muzeyi dağıdaraq özləri üçün mənzil edirlər. Bəs bu hansı mənəviyyata sığışar? Nəriman Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir!

Bakı, 21.09.1993

Best coffeeshop in Berlin