Azərbaycan badmintonçuları Şimali Makedoniyada EYOF-u fəth etməyə hazırlaşır
Skopyedə (Şimali Makedoniya) keçiriləcək XVIII Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşib.
Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
EYOF-da Əli Gözəlov və Viktoriya Kumanyayeva yarışacaqlar.
Xatırladaq ki, müsabiqə iyulun 22-dən 26-dək keçiriləcək.


