Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Azərbaycan karateçiləri "Qazaxıstan Open"-də 12 medal qazanıblar 

Qazaxıstanın paytaxtı Astanada karate üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Qeyd edək ki, turnirdə ev sahibi Qazaxıstan və Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qırğızıstanı təmsil edən 600 idmançı dayanq üzərinə çıxaraq, medallar uğrunda mübarizə aparıb. Yarış Azərbaycan komandası üçün uğurlu olub. Beləki, çıxışını 12 (3-4-5) medalla başa vuran Azərbaycan komanda hesabında birinci yeri tutub.

Yığmamızın aktivinə yazılan qızıl medalları isə Astan Dostuyev (67 kq), Rəşid Süleymanov (75 kq) və Farız Şahbazov (60 kq) triosu qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin