Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Foto sənətinə ianə et” kampaniyasına başlanılıb

Ölkənin aparıcı foto təşkilatları Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən “Foto sənətinə ianə et” kampaniyasına başlanılıb.
İanələr pul vəsaiti şəklində Birliyin veb-saytından, bank hesabına köçürmə yolu, mobil tətbiqlər və ya ödəmə terminalları vasitəsi ilə qəbul olunur. Bundan əlavə, fərdi və korporativ şəkildə mal, məhsul və ya avadanlıq ianə etmək, daşınan və daşınmaz əmlak bağışlamaq, əvəzsiz xidmət göstərməklə dəstək vermək mümkündür.
Həmçinin, müxtəlif dövrlərə aid fotoaparatlar, fototexnikalar, fotoşəkillər, neqativlər, tarixi fotolar hədiyyə etməklə Azərbaycan Fotoqrafiya Muzeyi və Azərbaycan Fotoqrafiya Fondunu zənginləşdirmək olar.
Toplanan vəsaitlər Azərbaycan Fotoqrafiya Evinin qurulmasına, ölkədə foto sənətinin inkişafına, müxtəlif foto və sosial layihələrin həyata keçirilməsinə sərf olunacaq.
Ətraflı məlumat bu linkdən https://gilavar.az/iane

Best coffeeshop in Berlin