Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in layihəsi davam edir 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihənin icrası zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə (BƏCİB) Astara rayon sakini Məlik Məlikov müraciət etmişdir. Onun sağlamlığında ciddi problem olduğunu nəzərə alaraq layihə iştirakçıları onun evində olmuş problemləri ilə yaxından tanış olmuşlar. Məlik Məlikov 2-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanaraq  müxtəlif xəstəxanalarda uzunmüddətli müalicələr alıb. Son dəfə öz vəsaiti hesabına özəl xəstəxanada əməliyyat olunsa da yenə də müalicəyə, əməliyyata ehtiyacı var. Həm də əlillik dərəcəsinin alınmasında problem yaşadığını bildirir. 

İctimai birlik tərəfindən Qarabağ müharibəsi iştirakçısının probleminin həlli üçün aidiyyəti təşkilatlara müraciət edilib. Müsbət nəticələr alınacağına ümid edirik.

Best coffeeshop in Berlin