AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:
Nuranə Nur:
Səndən nə istəyirdim ki?...
Səndən nə istəyirdim ki?
Hər şeyim ol,
Mən də sənin hər kəsin.
Ciyərlərinə hopsun həyəcanlarım,
Üşüyən əlimi qızdırsın nəfəsin.
Gözlərin yorulanda üzümdə dincəlsin,
Əllərin yorulanda telimdə.
Əsəblərin ərköyünlüyümə gülümsəsin,
Olmayan günahına görə üzr istəyəsən.
Bir də , bir də...
Könlündən keçəndə,
Ayaq səslərim
Ürək döyüntülərin olsun.
Başqa nə istəyirdim ki?


