Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millət vəkili Məşhur Məmmədov şəhid ailələri və seçicilərlə görüşlərini davam etdirir

 

Masallı rayonunu təmsil edən millət vəkili Məşhur Məmmədov mütəmadi olaraq seçicilərlə bir araya gəlir, onların qayğı və problemləri ilə yaxından maraqlanır. Artıq ənənə halını almış bu görüşlər zamanı o, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət edir, ailə üzvləri ilə səmimi söhbətlər aparır.
Növbəti belə görüşlər Boradigah qəsəbəsi, Mollaoba, Babaser, Türkoba, Şatıroba, Mahmudavar, Mololon, Rüdəkənar, Viləş və Qızılağac kəndlərini əhatə edib. Bu kəndlərdə keçirilən görüşlər zamanı millət vəkili yerli sakinlərin, xüsusilə də şəhid ailələrinin ehtiyac və problemlərini dinləyib, qaldırılan məsələlərin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Görüş zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə və deputat Məşhur Məmmədova dərin təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Məşhur Məmmədovun Masallı rayonunda vətəndaşlarla, o cümlədən şəhid ailələri ilə mütəmadi təması davam edir və bu istiqamətdə fəaliyyəti gələcəkdə də ardıcıl şəkildə həyata keçiriləcək.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin