Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah" BK evdə, "Neftçi" isə səfərdə uduzub

Oktyabrın 25-də kişi basketol klublarının mübarizə apardığı Avrokubok yarışlarında sayca ikinci olan növbəti turun oyunları keçirilib. Həmin gün iki təmsilçimiz meydana çıxıb və biri evdə, digəri səfərdə olmaqla hər iki klubumuz meydanı məqlub durumda tərk edib. Cütlüyümüzdən ölkə çempionu adını daşıyan və Basketball Champions Leaque (Çempionlar Liqası) turnirində çıxış edən "Sabah" klubu doğma divalar arasında Almaniyanın "Alba Berlin" klubu ilə qarşılaşıb. . Təəssüflər olsun ki, səfərdə keçirdiyi ilk turda Cexiyanin "Nyumburq" klubuna  65:93 hesabla uduzan çempionumuz ikinci tur çərçivəsində Milli Gimnastika Arenasında Almaniyanın "Alban Berlin" klubuna qarşı keçirdiyi matçında da məqlubiyyətlə üzləşib - 76:85 (16:16, 13:20, 21:24, 26:25).

Komanda  O   Q   M   T/F   X

1. Elan Salon    2   2   0   +7   4

2. "Nimburk    2   1   1   +26   3

3.  Alba           2   1   1   +4   2

4, Sabah     2   0   2    -37   2.

Xatırladaq ki, Avropa Kuboku (FİBA Europe Cup) turnirinin  qrup mərhələsində ("İ" qrupu) ilk debüt matçına çıxan "Neftçi" BK də məqlubiyyətlə üzləşib. "Neftçi" Polşada yerli "Trefl Sopot" klubu ilə qarşılaşıb. Qeyd edək ki, "Hala 100-vegia Sopot" arenasında keçirilən görüş ev sahibinin 19 xal fərqli qələbəsi ilə bitib -92:63 (27:14, 20:20, 21:13, 24:16). 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin