Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cəbrayıla yeddi baş ceyran buraxıldı 

Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətin rəis müavini Arzu Babayeva bildirib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.

Xidmət rəsmisinin sözlərinə görə, "Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası" layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.

Best coffeeshop in Berlin