ABL-da 7-ci tura yekun vurulub
"Sabah"la "Ordu"nun qrup liderliyi davam edir
13-16 noyabr günlərində kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) sayca 7-ci olan növbəti turun oyunları keçirilib. "A" qrupunda turun nəzərdə tutulan üç oyunundan ikisi, "B" qrupunda isə hər üç oyun baş tutub. Oyunlarin nəticələri belədir:
"A" qrupunda:
"Gəncə" - "Abşeron Lions" - 80:98;
NTD Baku - "Sabah" - 74:97.
"B" qrupunda:
"Lənkəran" - "Sərhədçi" - 83:78;
"Sumqayıt" - "Naxçıvan" - 99:116;
"Ordu" - "Quba" - 100:85.
"A" qrupunda "Şəki" - "Neftçi" oyunu təxirə salınıb.
Geridə qalan 7 turdan sonra bütün oyunlarını qələbə ilə başa vuran "Sabah" və "Ordu" klubu müvafiq olaraq öz qrupuna liderlik edir.
İNTİQAM Məmmədov


