Masallılı güləşçi İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında (18-21 noyabr) Azərbaycan güləşçiləri uğurlu nəticələr göstərirlər.
Masallı rayonundan olan qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahiblənib.
O, fələstinli Ayla Mayaliyə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala, özbəkistanlı Nigina Sabirovadan (6:0) üstün olaraq finala yüksəlsə də həlledici mərhələdə nigeriyalı Ester Kolavoleyə (4:6) məğlub olub və fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Akif AĞAYEV


