Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi +FOTO=16

Cəfər  Cabbarlı   adına  Azərbaycan   Dövlət  Teatr   Muzeyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə  24 noyabr  2025 - ci il tarixində milli teatr və kino sənətimizə böyük töhfələr vermiş tanınmış Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. 
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamladı. Daha sonra muzeyin əməkdaşları Ümidə Hacıyeva və Rəvan Hüseynov tədbiri davam etdirdilər. 
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti , “Şöhrət” ordenli Hacı İsmayılov, teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əzimov, sənət bilicisi, teatrşünas, sənətşünalıq doktoru, professor, Əməkdar İncəsənət xadimi Məryəm Əlizadə, Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, Xalq artisti Əli Nur və sənətkarın dgər sənət dostları və ailə üzvləri onunla bağlı öz xatirələrini bölüşüb, sənətkarın zəngin yaradıcılığından söhbət açdılar. 
Tədbir çərçivəsində sənətkarın  həyat və  yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olundu, eləcə də aktrisanın oynadığı tamaşalardan və filmlərdən fraqmentlər göstərildi. Həmçinin Amaliya Pənahovanın vaxtilə “Unuda bilmirəm” tamaşasında ifa etdiyi eyni adlı məşhur əsər səsləndirildi.  
Tədbirin yekununda söz sənətkarın övladı, Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarovaya verildi. O, öz səmimi çıxışında muzeyin rəhbərliyinə və kollektivinə belə bir xoş xatirə gecəsinin təşkilinə görə minnətdarlığını bildirdi. Ardınca Amaliya Pənahovanın səhnə fəaliyyətindən qalan ən dəyərli yadigarlardan birini – aktrisanın 1971 – ci ildə Tofiq Kazımovun quruluşunda Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” əsərinin tamaşasında geyindiyi libası və həmin tamaşadan bir nadir fotoşəkli Cəfər  Cabbarlı   adına  Azərbaycan   Dövlət Teatr Muzeyinin fonduna hədiyyə etdi. Bu jest milli teatr tariximizin və mədəni yaddaşımızın qorunmasına töhvə verən nəcib  bir addım kimi alqışlarla qarşılandı. 
Sonda xatirə şəkilləri çəkildi.

Fotolar: Rüstəm İsmayılov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99477 737 75 76

Best coffeeshop in Berlin