40 müxalifətçi 45 ilə qədər həbs cəzasına məhkum edildi
Tunis Apelyasiya Məhkəməsi dövlət təhlükəsizliyinə qarşı sui-qəsddə iştirak etdiklərinə görə 40 müxalifət, biznes və media nümayəndəsini 5 ildən 45 ilə qədər həbs cəzasına məhkum edib.
Bu barədə TAP xəbər agentliyi məlumat verib.
İş müasir Tunisdə ən böyük təhlükəsizlik cinayətləri məhkəmələrindən birinə çevrilib. Təqsirləndirilən şəxslərə qarşı məhkəmə prosesi mart ayından bəri davam edir.
Hakimiyyət orqanlarının məlumatına görə, 20-dən çox təqsirləndirilən şəxs xaricə qaçıb və hazırda axtarışdadır.


