Alpinistlərimiz İsveçdə keçirilən Dünya Kubokunun finalında mübarizə aparıblar
Dağ xizək idmanı üzrə Azərbaycan yığmasının üzvləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçin Tromso şəhərində keçirilən Dünya Kubokunun final mərhələsində mübarizə aparıblar.
N.Qəribova 19 ölkədən 42 idmançı arasında sprint yarışında 29-cu yeri tutub. S.Sədrəddinov 62 idmançı arasında 51-ci yeri tutub.


