Əlcəzairli yarımmüdafiəçi Benzia “Qarabağ”ın Səudiyyə Ərəbistanı üçün təklifini rədd edib
Yasin Benzia "Qarabağ"dan ayrılmağa hazırlaşır.
30 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə yeni müqavilə ilə bağlı anlaşa bilmir.
Məlumata görə, Azərbaycan çempionu Əlcəzair millisinin üzvünə indiki maaşından yüksək maaş təklif edib. Bununla belə, Ya. Benzia bu dəfə də imtina etdi. Buna səbəb futbolçunun liqası daha yüksək səviyyəli sayılan Səudiyyə Ərəbistanında oynamaq şansının olmasıdır.
Hazırda ərəb ölkəsindən təklifləri nəzərdən keçirən pleymeykerin yayda Azərbaycanı tərk edəcəyi bildirilir.
Xatırladaq ki, Y.Benzia 2023-cü ilin əvvəlindən “Qarabağ”da çıxış edir.Onun Premyer Liqa lideri ilə müqaviləsi mövsümün sonuna kimidir.


