Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda Basketbolçuların DK yarısı keçiriləcək

24-25 may günlərində paytax Bakı 3x3 basketolu üzrə Dünya Kubokunun (DK) seçmə qrup mərhələsinə ev sahibliyi edəcək. İki gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla, həm kişilərin, həm də qadınların yarışında 6 milli komanda iki qrupda mübarizə aparacaq. Bütün oyunlar "Sea Breeze" arenasında keçiriləcək.  Kişi milimiz B qrupunda Kanada və Böyük Britaniya ilə, qadın millimiz isə B qrupunda Latviya və Misirlə qarşılaşacaq. Kişilərin A qrupunda Montoneqro, Ruanda və İran, qadınların A qrupundasa Çili, Çin Taypey və Braziliya yer alıb.

Reqlamentə görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinalda qalib gələn komandalar, eləcə də yarımfinalda uduzan cütlərin arasında keçirilən oyunun qalibi Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanacaq. DK-nin final mərhələsinin oyunları 23-29 iyun ayında Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin