Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimiz DÇ-2025-in 1/4-də İngiltərə ilə qarşılaşacaq

Bir neçə gün öncə Bakıdakı Milli Gimnastika Arenasında planetin 32 yığma komandasının iştirakı ilə startı verilən mini-futbol üzrə dünya çempionatı (DC-2025) davam edir. Dünən mundialda 1/8 final mərhələnin oyunları baş çatıb. Bu gün isə çempionatda 1/4 final mərhələnin oyunları başlayacaq. Qeyd edək ki, mundiala ev sahibliyi edən və 1/8 finalda son dünya çempionu adını daşıyan Rumıniya komandası üzərində qalib gələn ( əsas vaxt - 1:1, penalti 2:1) Azərbaycan millisi bu gün 1/4 final çərçivəsində İngiltərə yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Millimiz İngiltərə səddini də keçərsə, onda 1/2 finalda (yarımfinal) Montoneqro -  Çexiya matçının qalibi ilə üzləşəcək. Yarımfinal oyunu mayın 30-da keçiriləcək 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin