Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Akrobatlarımız DK-nı 3 gümüşlə bitiriblər

Bolqarıstanın Burqase şəhərində gimnastikanın akrobatika növü üzrə keçirilən Dünya Kuboku (DK) Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, yarışa qatılan təmsilçilərimiz ayrı-ayrı hərəkətlərin nümayişində 3 dəfə gümüş medala layiq görülməklə fəxri kürsüyə qalxıblar. Təmsilçilərimizdən Sabir Aqayev/Milana Əliyeva cütlüyü qarışıq qoşa yarışda, Murad Rəfiyev/Daniel Abbasov dueti kişilərin qoşa yarışında, Abdulla Əl-Masayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli dördlüyü isə kişilərin qrup yarısında ikinci yeri tutmaqla gümüş medala layiq görülüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin