Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Atletimiz Musab Məmmədtağıyev Avropa çempionudur 

İspaniyanın paytaxtı Madriddə 15 yaşlı (U-15) yeniyetmələr arasında aqir atletika üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın ikinci günü Azərbaycan yığmasının üzvü Musa Məmmədtağıyev üçün uğurlu olub. Belə ki, 56 kq çəki dərəcəsində körpücük üzərinə çıxan atletimiz iki qızıl və bir gümüş medal qazanmaqla Avropa çempionu olub. Qeyd edək ki, birdən qaldırmada 93 kq ağırlığı ram edərək kiçik qızıl, təkanla isə 109 kq başı üzərinə qaldırıb kiçik gümüş medal qazanan atletimiz iki hərəkətin cəmində isə 202 kq nəticə ilə Avropa çempionu adına və qızıl medala layiq görülüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin