"Araz-Naxçıvan" "Omoniya"nın vurduğu 9 cavabsız qolla Avrokubokla vidalaşıb
Avqustun 14-də futbol üzrə UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələnin cavab oyunları keçirilib. Sözügedən turnirdə ölkəmizi təmsil edən "Araz-Naxcivan" klubu Kiprdə yerli "Omoniya" klubunun qonağı olub. Qeyd edək ki, bir f həftə öncə Bakıda keçirilən ilk oyunda darmadağın hesabla (0:4) məqlub olan "Araz-Naxçıvan" səfərdə keçirdiyi cavab matçında da darmadağınla üzləşib. Nikosiya şəhərindəki "QSP" stadionunda baş tutan və danimarkalı hakim Yakob Kexletin idarə etdiyi bu oyunda təmsilçimiz daha böyük hesabla uduzub - 5:0.
Beləliklə, "Omoniya" ilə üzləşdiyi iki oyunda qapısından 9 cavabsız qol buraxan "Araz-Naxçıvan" debüt etdiyi Avrokubokla vidalaşıb.
İNTİQAM Məmmədov


