Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Soydaşımız söz-söhbət arasında Maldivə yollanıb. Rus həkimlər onun dizini korlayıblar

İrina Vinerin son müsahibəsi böyük səs-küyə səbəb olub. Bədii gimnastika üzrə Rusiya millisinin baş məşqçisi soydaşımız Lalə Kramarenkonun əməliyyatının necə keçdiyi haqda danışıb.

Mütəxəssis, həkimlərin səhv etdiyini və hazırda idmançının gələcəyi bəlli olmadığını deyib. Bunu onun atası Dmitri Kramarenko (millimiizn keçmiş qapıçısı), eləcə də gimnastın əməliyyat olunduğu klinika dərhal təkzib edib.

Bütün pərəstişkarları Lalənin zala qayıda bilməyəcəyindən çox narahat idilər, çünki gözəlçənin özü heç bir şərh verməyib. Hazırda Rusiyada hamı ölkə çempionatına hazırlaşarkən o Maldiv adalarında dincəlmək qərarına gəlib.