Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

14 fevral 1994-cü il Birinci Qarabağ Müharibəsi zamanı ən dəhşətli səhifələrindən biri kimi tarixdə qalıb: MUROVDAĞ DÖYÜŞÜ.

Bu döyüş Qarabağ müharibəsi tarixində ən çox itki verdiyimiz döyüşlərdən biridir.

Döyüşdə həlak olanlar və mühasirədə donub ölənlərlə birlikdə həmin hadisədə 250 Azərbaycan vətəndaşı şəhid olub(141 nəfər döyüşdə şəhid olub, 109 nəfəri don vurub, 111 nəfər itkin düşüb.

Allah hamısına rəhmət eləsin, ruhları şad olsun...

(Fotolar Xalid Əsgərova məxsusdur və Azərbaycan Fotoqrafları Birliyinin arxivində saxlanır)

* * *

Seadet H. Memmedova

Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçsə də, onlar hər dəfəsində uğursuz olur. Erməni qüvvələri hücumlarını davam etdirərək Ağqaya və "2868" yüksəkliklərini ələ keçirir. Fevral ayının ortalarında erməni qoşunları Yanşaq və Yanşaqbinə kəndlərini yenidən işğal edirlər. Erməni qüvvələri Ömər aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürür. Beləliklə, Azərbaycan qüvvələrinin təminat xətləri kəsilir və 701 saylı Motoatıcı Briqada mühasirəyə alınır. Azərbaycan qüvvələrinə 14 fevralda geri çəkilmək əmri verilir. Azərbaycan qüvvələrini əməliyyatdan əvvəlki mövqelərinə aparan əsas yol erməni qüvvələrinin nəzarətində olduğundan Azərbaycan qoşunları dar Susuzluq–Təkəqaya–Ağdağ yolu ilə geri çəkilmək məcburiyyətində qalır. Azərbaycan tərəfi bütün ağır texnikalarını tərk edirlər. Yüzlərlə əsgər donaraq ölür və ya itkin düşür. Bəzi əsgərlər soyuqdan isinmək üçün pencəklərini yandırır, donvurmadan ölənlərin cəsədləri isə döyüş bölgəsində qalır. Bəzi Azərbaycan əsgərləri soyuqdan dəli olur, bəziləri mahnı oxuyaraq donmuş çaylarda üzməyə başlayır. Yerdə oturanlar yerlərində donub qalır. Erməni qüvvələri uçqun yaratmaq üçün dağ zirvələrini atəşə tutur və nəticədə bir çox azərbaycanlı hərbçi şəhid olur. Azərbaycan qüvvələri fevralın 20-nə qədər geri çəkilir. Erməni tərəfi iki Azərbaycan briqadasını mühasirəyə ala bilir. Azərbaycan qoşunları təminat xətlərinin açılması üçün Xanlar rayonundan erməni mövqelərinə bir neçə dəfə uğursuz hücumlar həyata keçirirlər. Tomas De Vaal erməni qüvvələrinin mühasirədə olan Azərbaycan batalyonlarını BM-21 Qrad raketləri ilə ağır şəkildə bombaladığını qeyd edir. Təkcə bu həmlə nəticəsində çox sayda Azərbaycan əsgəri şəhid olur.

Cabbar Əhmədov

O əməliyyat planını tərtib edənlərə Allah lənət eləsin, fevral ayında qışın çovğununda Kəlbəcərdə əməliyyat keçirmək xəyanət deyilmidir??

Togrul Mamedov

Allah Şəhidlərimizin ruhu qarşısında bizi pərt etməsin, o əməliyyata kim rəhbərlik edirdi, ordu, ölkə və xalq olaraq nə nəticə çıxardıq? Nə edək və nə etməyək ki bu cür böyük itkilərə bir daha məruz qalmayaq???

Sabit Azimov

Zaman keçdikcə Qarabağ hadisələri ilə bağlı bir çox faktlar ortaya çıxır, hələ də buna bənzər yeni-yeni məlumatlara rast gəlirik...

Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə rəhmət diləyirəm.

Aqil Qəhrəmanlı

" Kəlbəcər əməliyyatı" Azərbaycan Silahlı Qüvvələri tarixində ən uğursuz əməliyyat olub.

Bu əməliyyatı keçirən ,həmin dövrdə müdafiə naziri olmuş Məmmədrəfi Məmmədov və baş qərargah rəisi olmuş Nəcməddin Sadıqov hələ sağdırlar. Mənə maraqlıdır nə üçün televiziyalar, jurnalistlər gedib onlardan bu əməliyyat haqqında müsahibə götürmürlər? Nə üçün bu uğursuz əməliyyat haqqında araşdırma aparmırlar?

Mən ötən il , Baş Prokurorluğun Facebook səhifəsində şərh yazaraq, bu əməliyyatla bağlı araşdırma aparılmasını , və əməliyyatın keçirilməsinə rəhbərlik etmiş şəxslərin məsuliyyətə alınmasını xahiş etmişəm.

Mənə görə bu əməliyyat xəyanət izi var. Düşünülmüş şəkildə Azərbaycan ordusunu Horadiz əməliyyatından sonra zəiflətmək və onun döyüş əzmini qırmaq məqsədi ilə keçirilmişdir .

Hesab edirəm hamı vətəndaşlıq borcunu yerinə yetirib Baş Prokurorluğun səhifəsində bu əməliyyatla bağlı öz münasibətini bildirib, təqsirkarların məsuliyyətə cəlb olunmalarını tələb etməlidir.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.