Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Mamagama” musiqi qrupu Azərbaycanı “Avroviziya 2025”də Run with U mahnısı ilə təmsil edəcək.

Bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Sözlərinin müəllifi Asəf Mişiyev (Saphael Mishi), musiqisi A. Mişiyev, Həsən Heydər (KHVS) və Roman Zilianevdir (Roman Zee).

Futuristik üslubda lentə alınan mahnının rəsmi klipi artıq yayımlanıb.

Həmçinin bu il Azərbaycandan olan ifaçılar ilk dəfə olaraq öz ifalarında milli musiqi aləti olan sazdan istifadə edəcəklər.

Builki Eurovision Mahnı Müsabiqəsi mayın 13-dən 17-dək İsveçrənin Bazel şəhərində keçiriləcək.