Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vətən müharibəsi iştirakçısı Sumqayıt şəhər bələdiyyəsinin sədri seçildi

Sumqayıt Bələdiyyəsində yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası baş tutub.

Səsvermə nəticəsində Orxan Adıgözəlzadə sədr seçilib.

O bundan əvvəl həmin vəzifəni icra edib.

Birinci müavin vəzifəsinə isə əvvəlki beşillikdə də müavin postunu tutan Nərmin Mehdiyeva seçilib.

Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük Vətən müharibəsi iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəfər" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.